Bazar, 12 May

"Ukraynanın düşmənləri Ukraynadan qovulmalıdır”- Ukraynanın prezidenti

image

Ukraynanın birinci prezidenti Leonid Kravçuk Rusiya bayraqları gəzdirən insanlara şəxsi silahından atəş açmağa hazır olması ilə bağlı dediyi sözləri izah edib.

Xəbər verilir ki, o, bu barədə “Ukrayna 24” telekanalına danışıb.

Kravçuk məsələni bir qədər şişirtdiyini, amma deyilənlərdən peşman olmadığını bildirib:

“Bunu deyən tək mən deyiləm, bəlkə milyonlarla insan belə düşünür. Əminəm ki, Ukrayna üçün belə çətin bir dövrdə hər bir ukraynalı eyni zamanda müdafiəçi, vətənpərvər vətəndaşdır”.

Kravçuk İsveçrəni nümunə göstərib: “İsveçrə hər ailənin silahının olduğu və ondan torpağını və xalqını qorumaq üçün istifadə edilə bilən bir ölkədir. Ukraynanın düşmənləri Ukraynadan qovulmalıdır”.

Leonid Kravçuk bundan əvvəl jurnalist Dmitri Qordonla müsahibəsində rezonans yaradan açıqlama verib. Jurnalist həmsöhbətindən paraşütlü bir şəxsin evinin yaxınlığında Rusiya bayraqları ilə tullansa, onu güllələyib-güllələməyəcəyini soruşub. Keçmiş Ukrayna lideri buna müsbət cavab verib və evinə girməmələri üçün düşmənlərinə də xəbərdarlıq edib.

O, daha əvvəllər ölkənin cənub-şərqində yenidən hərbi qarşıdurma baş verəcəyi təqdirdə Ukraynanın düşmənlərini şəxsən öldürəcəyinə söz verib: “Silah təmizlənib, hazır vəziyyətdədir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44